Ümumi məlumat

Vaxtı ötmüş borcların alınması üzrə BOA Agentliyi, 2012-ci ilin əvvəllərindən Azərbaycan ərazisində öz fəaliyyətini fəal şəkildə inkişaf etdirən müstəqil şirkətdir.


BOA Agentliyi işgüzar müəssisələrin, özəl şəxsərin, yerli icra hakimiyyət instansiyalarının, kredit təşkilatlarının və Hökumətin adından borcların alınması üçün cəlb ediləcəkdir. Bizim işimiz, borcun qaytarılması tələbinin məhkəməyə düşməsinə qədər yerinə yetirilir. Agentik itkin düşmüş borcluların izlənməsini, fərdi müştəriərdən borcların alınmasını və digər işgüzar müəssisələrə borclu olan işgüzar müəssisələrdən pulların toplanmasını təmin edir. Borcların ləngimədən ödənilməsi mümkün olmadıqda, borcları toplayan agentlik əksər hallarda borcluları, hüquqi araşdırmalar başlayana qədər müəssənin həlli üzərində birgə çalışmaq üçün, onların konkret ödəniş problemləri və ödənişllərə aparan yoldakı maneələr üzrə məsləhətləndirir.


BOA Agentliyi, kreditorların adından çıxış edərək, müəyyən mükafatın və ya çatacaq məbləğdən faizin müqabilində, özəl şəxslərdən və işgüzar müəssisələrdən borcları alacaqdır. Kreditorlar kateqoriyasına banklar, inşaat sərmayə təşkilatları, kommunal şirkətlər və hökumət instansiyaları, habelə pərakəndə alvercilər, peşəkar xidmətlər göstərən istehsalçılar və firmalar kimi xırda özəl bizneslər daxil oluna billərlər.


Biz kreditorlardan borcları, sonradan, bizim borclulardan borcun tam dəyərini tutacağımız zaman, gəlirin əldə edilməsi üçün, onların ixtisar edilmiş dəyəri üzrə satın ala bilərik.