Biz necə işləyirik

Borclunun borcunu ödəməyə məsafədən inandırılması.
Kollektorun borclu ilə ünsiyyəti məsafədən – telefon zənglərinin, SMS-məlumatların, electron xəbərlərin, məktubların köməyilə - həyata keçirilir. Adətən borcun qaytarılması zərurəti haqqında dəfələrlə xatırlamalar tələb olunan psixoloji effect verir. əgər borclu razılığa gəlirsə, onda Agentliyin mütəxəssisi ona borcun qaytarılmasının hər iki tərəf üçün daha məqbul olan variantını seçməkdə kömək edir. Borcun ödənilməsi tələbinə məhəl qoyulmadıqda və ya onun ödənilməsindən imtina edildikdə, kollektor borcluya vəziyyətin sonrakı inkişafının mümkün olan ssenarilərini xəbər verir və nəticələr haqqında xəbərdar edir.
 
Borclu haqqında məlumatın toplanması.
Sifarişçidən əldə olunmuş məlumatın və bizim özümüzün verilənlər bazasının əsasında yerinə yetirilir. Borclunun əmlakla bağlı vəziyyətini, onun əmək haqqının ödənilməsi tarixini aydınlaşdırmaq və digər məlumatları əldə etmək üçün, kollektorlar borclunun iş verənindən – təşkilatdan arayışlar ala bilər. Daha məqbul hərəkət strategiyasının işlənib hazırlanması üçün, borclunun psixoloji portreti tərtib olunur. Agentliyin mütəxəssisi borcun meydana gəlməsi şərtlərini öyrənir və onun qaytarılmasından imtina edilməsinin motivlərini müəyyən edir. Borclunun psixologiyasının başa düşülməsi, onu özünün kreditor qarşısında öhdəliklərini məhkəməyə qədərki qaydada yerinə yetirməyə inandırnaq məqsədilə, onun motivasiya sahəsinə təsirin səmərəli tədbirlərini müəyyən etməyə imkan verir.
 
 
Borclu ilə şəxsi görüşlər.
Borclunu inandırmağın məsafədən üsulları nəticə vermədikdə, Agentliyin mütəxəssisi onunla şəxsi görüş zamanı danışıqlar aparır. Görüşlər istər borclunun yaşayış və ya qeydiyyat yerində, istərsə də onun iş yerində baş tuta bilərlər.
 
 
Məhkəmə araşdırması.
Əgər borclu gizlənirsə və ya kollektorların xəbərdarlıqlarına məhəl qoymursa, Sifarişçi ilə razılaşma əsasında, Agentliyin əməkdaşları tərəfindən məhkəmə prosedurları təşəbbüslənir. Bu sahədə kifayət edən təcrübə Agentliyə ən mürəkkəb vəziyyətlərdə məhkəmə qərarlarını əldə etməyə və öz tərəf-müqabillərinə problemli borcların qaytarılmasını təmin etməyə imkan verir.